ƏLAVƏ TƏHSİL: PSİXOLOQ DİPLOMU
Kimlər iştirak edə bilər:
Başqa sahədə ali təhsili olan şəxslər və ya hal-hazırda təhsil alan tələbələr.
Əlavə Təhsil vətəndaşların hər-hansı sahədə əvvəlcə aldığı bakalavr baza təhsil proqramı ilə yeni ixtisasın arasındakı fərqi əhatə edərək (1 tədris ili) psixologiya ixtisası fənləri üzrə təhsil proqramıdır.
Proqramın həcmi: 1556 saat (şəxsi və nəzəri hazırlıq daxil)
Proqramın müddəti: 1 tədris ili - güzəştli ödəniş hallarında yekun imtahan və diplomun verilməsi ödəniş bitdikdən sonra həyata keçirilir.
Təlim forması: 6 ay əyani və 6 ay qiyabi tədris texnologiyaları istifadə edilərək.
PROQRAMI YÜKLƏYİN
ƏLAVƏ TƏHSİL PROQRAMININ STRUKTURU:
1. Sərbəst hazırlıq: 6 ay - Ümumi Psixologiya - 21 fənn üzrə, 714 saat - nəzəri biliklər
Tövsiyyə olunan ədəbiyyat siyahısı və azərbaycan dilində mövcud olan dərsliklər PDF şəklində təqdim edilir.
Rus dilində başa düşən tələbələr üçün Əlavə Təhsil İnstitutunun portalında şəxsi kabinet açılır və proqrama daxil olan və rus dilində mövcud olan mühazirələr təqdim olunur. Portalda imtahan sınaqları da mövcuddur.
2. Sərbəst hazırlıq: 6 ay - Ümumi Psixologiya - 12 fənn üzrə, 446 saat - nəzəri biliklər
Psixologiya sahəsində aparıcı sahələrin nəzəriyyəsi və onları təmsil edən beynəlxalq qurumların fəaliyyəti ilə tanışlıq və yekun olaraq bu mövzuda referat yazılması və maarifləndirici seminarların təşkili.
3. Əyani hazırlıq: 6 ay - Ümumi Psixoterapiya - 376 saat, 3 əsas mövzu üzrə praktiki təlimlər
Əyani şəkildə azərbaycan dilində ən aktul olan 3 mövzu üzrə praktiki təlim keçirilir. Hər biri 2 ay davam edir, dərslər həftədə 2 dəfə 2 saat Bakı şəhərində keçirilir. Tələbələr üçün online qatılmaq imkanı yaradılır. Bu mövzular ümümi tədris proqramına daxildir. Növbəti bölümdə bu mövzular barədə ətraflı məlumat var.
4. Nəticələrin qiymətləndirilməsi və yekun imtahan
ƏYANİ HAZIRLIQ: ÜMUMİ PSİXOTERAPİYA
1) Psixodiaqnostika - əsas əlamətlər, terminlər, psixoloji və somatik simptomlar, psixopatoloji sindromlar, psixoloji testlər, müsahibə aparma, müşahidələrin qeydiyyatı və interpretasiyası
Tədrisi aparır: Həkim Psixoterapevt Kənan Rəhimov
2) Koqnitiv Davranış Terapiya - əsas anlayışlar, texnikalar, praktiki tədbiqi, prosedur qaydalar, uşaqlarla və yetkin insanlarla psixoloji travmaların araşdırılmasi, işlədilməsi və ardıcıl həlli
Tədrisi aparır: Klinik Psixoloq Tamilla Suleymanova
3) Ailə Terapiyası - sistemli ailə terapiyası əsasları, ümumi ailə modeli ilə iş, cütlüklərin qəbulu, ailə münasibətlərində krizis dövründə psixoloji dəstək, ailədə sevginin qaytarılması
Tədrisi aparır: Klinik Psixoloq Samira Rəhimova
Bu 3 mövzu hər birisi ayrıca təlim olaraq ildə 2 dəfə təşkil olunur. Hər birinin sonunda tədris aparan mütəxəssis tərəfindən imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının Sertifikatı verlir.
NƏTİCƏDƏ MƏZUNLAR:
Başqa sahədə ali təhsili olan şəxslər azərbaycan dilində tədris keçib Rusiyanin Əlavə Təhsil İnstitutu tərəfindən rəsmi psixoloq diplomu ilə təltif olunurlar.
Təhsil Haqqında - Azərbaycan Respublikasının Qanunu
Maddə 24. Əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil - ətraflı tanış olun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 nömrəli qərarı
“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”- ətraflı tanış olun
Psixoloji Yardım Haqqında Azərbaycan Respublikasinin Qanunu
1.0.2. psixoloq – psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” AR Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs - ətraflı tanış olun
Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində razılaşmasına əsasən məzunlar Əlavə Təhsil Diplomu ilə həm Dövlət həm də özəl müəssisələrdə rəsmi fəaliyyət göstərə bilər. İşə qəbul edən tərəfin vəzifəyə qarşı tələblərinə uyğun.
Rusiyanın Təhsil Nazirliyi tərəfindən verilən Diplom bu sahədə kvallifikasiyaya sahib edir. Bunu yoxlamaq üçün Rusiyanın Dövlət Təhsil və Elm sahəsinə nəzarət xidmətinin portalına (Федеральная служба по надзору в сфере образования и науки) daxil ola bilərsiniz.
Ödəniş ➡️ tam şəkildə birdəfəlik 3600 azn
Hissə-hissə ödəniş sistemi də mövcuddur:
1) 12 ay ➡️ 330 azn - cəmi 3960 azn
2) 18 ay ➡️ 230 azn - cəmi 4140 azn
3) 24 ay ➡️ 180 azn - cəmi 4320 azn
Qeydiyyatdan keçin və bizim mütəxəssis sizi uyğun istiqamətdə yönəldəcək.
Aşağıda rəsmi ödəniş sistemi ilə hesaba şəxsi kartınızala və ya BirBank, TamKart, BolKart, WorldKart kredit kartları ilə birbaşa və ya hissə-hissə ödənişi rəsmiləşdirə bilərsiniz.
Bizim açıq telegram kanalımıza keçib daha ərtaflı məlumatlarla tanış ola bilərsiniz, eləcə də məzunlarımızın və təlim iştirakçılarımızın video rəylərini dinlərə vilərsiniz.