PRAKTİKUM: KLİNİK PSİXOTERAPİYA
Praktikum - psixologiya sahəsində təhsil almış və ya hal-hazırda təhsil alan şəxslərin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi ilə aparılan məşqlər və daimi peşəkar dəstək qrupudur.
Məşqlərdə tələbələr psixoloq və pasiyent rollarında iştirak edib, sonra məşqlərin video yazılarına baxış keçirərək peşəkar davranış modellərini təkmilləşdirərək beynəlxalq dərəcəyə uyğun təkmilləşəcəklər.

ƏYANİ HAZIRLIQ: ÜMUMİ PSİXOTERAPİYA
Əyani 3 əsas mövzuda təlimlər təşkil olunur. Psixiatriya klinikalarında ayda 1 dəfə praktika keçirilir.
1) Psixodiaqnostika - əsas əlamətlər, terminlər, psixoloji və somatik simptomlar, psixopatoloji sindromlar, psixoloji testlər, müsahibə aparma, müşahidələrin qeydiyyatı və interpretasiyası
Tədrisi aparır: Həkim Psixoterapevt Kənan Rəhimov
2) Koqnitiv Davranış Terapiya - əsas anlayışlar, texnikalar, praktiki tədbiqi, prosedur qaydalar, uşaqlarla və yetkin insanlarla psixoloji travmaların araşdırılmasi, işlədilməsi və ardıcıl həlli
Tədrisi aparır: Klinik Psixoloq Tamilla Suleymanova
3) Ailə Terapiyası - sistemli ailə terapiyası əsasları, ümumi ailə modeli ilə iş, cütlüklərin qəbulu, ailə münasibətlərində krizis dövründə psixoloji dəstək, ailədə sevginin qaytarılması
Tədrisi aparır: Klinik Psixoloq Samira Rəhimova
Bu 3 mövzu hər birisi ayrıca təlim olaraq ildə 2 dəfə təşkil olunur. Hər birinin sonunda tədris aparan mütəxəssis tərəfindən imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının Sertifikatı verlir.