Direktor qısamüddətli ezamiyyətə göndərildiyi halda səlahiyyətlərinin müvəqqəti icrasını baş mühasibə həvalə edir.
Bu halda rəsmiləşdirmə necə olmalıdır?
Əmək müqaviləsinə əlavə edilməlidirmi?
1 comment
Like
1 Comment
Unknown member
Apr 14, 2017
Əmək Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir və bu hal işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir.
Bu barədə elektron hökumət portalında məlumatın daxil edilməsinə gəldikdə isə nəzərə almaq lazımdır ki, elektron sistemdə əmək müqaviləsi bağlamaq səlahiyyəti olan şəxsin vəzifəsi, səlahiyyətin aid olduğu struktur bölmə və səlahiyyətin verilmə müddəti avtomatik rejimdə müddətsiz qəbul edilir.
Lakin direktor məzuniyyətdə və ya ezamiyyətdə olduqda əmək müqaviləsi bağlamaq səlahiyyəti başqa şəxsə verilərsə, bu zaman seçilən şəxsə əmək müqaviləsi bağlamaq səlahiyyəti müəyyən vaxt intervalında da (müddətli) verilə bilər və elektron informasiya sisteminə müddətli səlahiyyət daxil edilə bilər.
Bunun üçün qeyd olunan məlumatlar daxil edildikdən sonra “Əlavə et” düyməsi vurulur. Səlahiyyət müddəti elektron imzanın qüvvədə olduğu müddətdə aktiv olur və elektron imza qüvvədən düşdükdə səlahiyyət müddəti bitir.