Ezamiyyət müddətində işçinin əmək haqqı necə hesablanır?
1 comment
Like
1 Comment
Unknown member
Feb 17, 2017
Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə onun iş yeri və orta əmək haqqı saxlanılır. Orta əmək haqqının hesablanması qaydası isə Əmək Məcəlləsinin 177-ci maddəsində qeyd olunur. Həmin maddənin 2-ci bəndinə görə işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.