İşdən çıxan işçi əmək kitabçasını götürməyibsə işəgötürən nə etməlidir?
1 comment
Like
1 Comment
Unknown member
Feb 16, 2017
İşdən çıxan zaman müəyyən səbəblər üzündən götürülməyən əmək kitabçaları 2 il müddətinə işdə olan işçilərin əmək kitabçalarından ayrı işgötürəndə saxlanılır. İşdən çıxmış şəxslərin əmək kitabçaları, əlavə içlikləri alınmadıqda işəgötürənin arxivində 50 il müddətində saxlanılır. Göstərilən müddət (50 il) keçdikdən sonra qanunla nəzərdə tutulan qaydada məhv edilməsi üçün ayrılır. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir (Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları).