İşçiyə ay ərzində hansı əsaslarla və neçə gün müddətinə işdən icazə verilə bilər?
top of page
To see this working, head to your live site.
kenanragimoff
Apr 14, 2017
İşçiyə ay ərzində hansı əsaslarla işdən icazə verilə bilər?
İşçiyə ay ərzində hansı əsaslarla işdən icazə verilə bilər?
1 comment
Like
1 Comment
bottom of page
Əmək Məcəlləsinin 20-ci fəslinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçi ödənişsiz məzuniyyət hüququndan istifadə etməklə müəyyən müddətə işdən ayrıla bilər.
İşçi ödənişsiz məzuniyyət hüququndan 2 halda - işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı istifadə edə bilər.
Əmək Məcəlləsinin 129.2.-ci maddəsinə əsasən işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
Əmək Məcəlləsinin 130-cu maddəsi isə işçinin xahişi ilə bir iş ili ərzində ödənişsiz məzuniyyətdən istifadə edilə biləcək halları və onun müddətini müəyyən edir.