İşçi pensiya yaşına çatdığına görə onu işdən çıxarmaq olar?
top of page
To test this feature, visit your live site.
kenanragimoff
Mar 22, 2017
Pensiya yaşına görə işdən çıxarmaq olar?
Pensiya yaşına görə işdən çıxarmaq olar?
1 comment
Like
1 Comment
bottom of page
Xeyr, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin əsaslarını müəyyən edir, 70-ci maddəsində isə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları qeyd edilmişdir.
İşçinin Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir əsasla işdən azad edilməsi qeyri-qanunidir.
Əmək Məcəlləsinin 69-cu maddənin tələbinə əsasən işçi yaşa və əlilliyə görə pensiyaya çıxdıqda özü ərizə ilə işəgötürənə müraciət etməklə əmək müqaviləsinə xitam verilməsini tələb edə bilər. İşəgötürən bu əsasla əmək müqaviləsinin ləğvini tələb edə bilməz.