Hamiləlik və doğuşa görə və uşağa qulluğa görə məzuniyyətdə olan qadınlara intizam tənbehi tətbiq edilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulurmu?
top of page
To see this working, head to your live site.
kenanragimoff
Apr 14, 2017
Hamiləlik və doğuşa görə və uşağa qulluğa görə məzuniyyətdə
Hamiləlik və doğuşa görə və uşağa qulluğa görə məzuniyyətdə
1 comment
Like
1 Comment
bottom of page
Hamiləlik və doğuşa görə, həmçinin uşağa qulluğa görə məzuniyyətdə olan qadınlara intizam tənbehi tətbiq edilib-edilməsi Əmək Məcəlləsinin 187-ci maddəsində nəzərdə tutulan müddəalar nəzərə alınmaqla tətbiq edilir.
Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Nəzərə alsaq ki, işçi işə başladıqdan sonra işçinin təqsiri, intizam tənbehi tətbiq edilməsinin mümkünlüyü araşdırıla bilər deməli müddətin axımı işçi işə başladığı gündən hesablanmağa başlamalıdır.
Maddənin 3-cü bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.
Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.