İşçi məzuniyyət hüququndan istifadə etmək üçün neçə gün əvvəlcədən işəgötürəni məlumatlandırmalıdır?
top of page
To see this working, head to your live site.
kenanragimoff
Mar 13, 2017
İşçi - məzuniyyət hüququ - neçə gün...
İşçi - məzuniyyət hüququ - neçə gün...
1 comment
Like
1 Comment
bottom of page
Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər.
Əmək Məcəlləsinin 133-cü maddəsinin 1-ci bəndinə əsasən istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər. Qanunvericilik işçinin neçə gün əvvəlcədən məlumatlandırılmasının zəruri olduğunu müəyyən etməmişdir.
Bununla belə nəzərə alsaq ki, Əmək Məcəlləsinin 138-ci maddənin tələbinə görə məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilməli və işçi onunla tanış edilməlidir. Deməli işçi ən azı 5 gün əvvəlcədən işəgötürəni bu barədə məlumatlandırılmalıdır.
Bundan əlavə müəssisənin normal fəaliyyətinin təmin edilməsi məqsədilə Əmək Məcəlləsinin 133-cü maddəsi ilə müəyyən olunan qaydada əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilməsi və ya müəssisədaxili “Məzuniyyət və icazələrin verilməsi qaydaları”nın qəbul edilməsi məsələnin daha dəqiq və hərtərəfli nizamlanması üçün məqsədəuyğundur.