Natamam iş rejimində işləyən işçi ilə əmək müqaviləsi hansı qaydada və hansı şərtlərlə bağlanır?
2 comments
Like
2 Comments
emin emin Xalid
Jan 14, 2023
Salam. Bilmek istrrdim,menim az yasli elil usagim var ve men bildiyme gore ,mene ganunveriliciyde nezerdr tutulmus imtiazlar var,yani,natamam is gunu ve ya is heftesi ,ve mezunuyyrte elave 5 gun. Men is yerine muraciyet etdikde red cavabi aldim. Sehiyyede isleyirem. Dovlet isidir. Bu halda ne etmeliyem . Xahis edirrm cavablandirasiz. Coxsagolun
Like
Unknown member
Apr 14, 2017
Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı —natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.
Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın -ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir.
İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələrilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir.
Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir.
Natamam iş rejiminində işləyəcək işçinin iş və istirahət vaxtı ilə əlaqədar tərəflərin razılaşması müqavilədə öz əksini tapmalıdır. İşin dəqiq başlama və bitmə saatları müəyyən edilməyibsə müqavilədə iş vaxtının normalaşdırılmayıb qeydi aparıla bilər.